Sasseks hersoginyası Meqan Markl təxminən 20 min rubl dəyərində çay dəstinin reklamına görə tənqid edilib. Bu barədə Daily Mail yazır.
Meqan Markl Instagram platformasında paylaşdığı videoda masa servisi ilə bağlı qısa master-klass keçirib. Videoda o, özünün As Ever brendinə məxsus nanəli bitki çayı, çay kompozisiyaları üçün güllər və adaçayı balından ibarət dəsti təqdim edib.
Garden Tea Bloom Box adlı məhdud sayda buraxılan dəstin qiyməti 191 funt sterlinq (təxminən 20 min rubl) təşkil edir.
İnternet istifadəçiləri bu reklamı müsbət qarşılamayıb.
“Bu qadın pul üçün hər şeyə hazırdır”, “Daha ucuzunu tapa bilərəm, bu nə qiymətdir?”, “Markl sadəcə gülüş hədəfidir”
Oxucular Daily Mail saytında bu cür rəylər yazıblar.
Keçən həftə kastinq direktoru və hersoginyanın yaxın tanışı Eliza Roberts bildirib ki, Meqan Markl 7 ildən sonra yenidən aktyorluq fəaliyyətinə qayıtmağı planlaşdırır.

