Page Six xəbər verir ki, ABŞ-ın Kaliforniya ştatının Montecito şəhərində yaşayan Şahzadə Harri və Meqan Marklın qonşuları onlardan uzaq durmağa başlayıb.
Mənbənin sözlərinə görə, yerli sakinlər cütlüklə qarşılaşmamağa çalışır, lakin bu vəziyyətin Netflix ilə bağlı son xəbərlərlə əlaqəsi yoxdur.
“Bu nifrət deyil. Sadəcə insanlar onların pula həddindən artıq bağlı və özlərinə tənqidi yanaşmayan olduqlarını düşünür. Hamı artıq yorulub”
Digər tərəfdən, cütlüyə yaxın mənbə bildirib ki, Harri və Meqan yaşadıqları ərazini çox sevir və qonşularla yaxşı münasibətlər saxlayır.
Qeyd edək ki, Şahzadə Harri və Meqan Markl 2020-ci ildə kral ailəsindəki vəzifələrindən imtina etdikdən sonra ABŞ-a köçüblər.

