İran prezidenti Məsud Pezeşkian sosial media hesabında paylaşım edərək bildirib ki, müharibəyə qatılmaq istəyən könüllülərin toplanması məqsədi daşıyan “Canfəda” kampaniyasına artıq 14 milyondan çox iranlı qeydiyyatdan keçib.
Onun sözlərinə görə, bu təşəbbüs ölkənin müdafiəsi üçün könüllü dəstəyi artırmaq məqsədi daşıyır.
“Bu günə qədər 14 milyondan çox cəsur iranlı İranı müdafiə etmək üçün canını fəda etməyə hazır olduğunu bildirib. Mən də İran üçün canımı fəda etmişəm, edirəm və etməyə davam edəcəyəm”, — deyə Pezeşkian vurğulayıb.

