Şimali Karolinanın Konkord şəhərində keçirilən Milad ağacının işıqlandırılması mərasimi gözlənilmədən atışma səbəbindən yarımçıq dayandırılıb. Bu barədə məlumatı yerli hakimiyyət orqanları Facebook üzərindən paylaşıb.
Hadisə cümə günü, yerli vaxtla saat 19:30-da (Bakı vaxtı ilə 04:30) baş verib. Atəş sədaları eşidilər-eşidilməz tədbir dərhal ləğv olunub və ərazidə olan insanlar şəhər mərkəzini təcili tərk etməyə çağırılıb.
Atışma nəticəsində dörd nəfər güllə yarası alıb. Yaralılar xəstəxanaya aparılıb və onlardan üçünün vəziyyəti həkimlər tərəfindən kritik kimi qiymətləndirilir.

