Vaşinqtonda, Ağ Evin yaxınlığında baş verən atışma nəticəsində yaralanan Qərbi Virciniya Milli Qvardiyasının iki hərbçisi həyatını itirib.
Bu barədə Qərbi Virciniyanın qubernatoru Patrik Morrissi X sosial şəbəkəsində məlumat yayıb.
Qubernator bildirib:
«Bu cəsur Qərbi Virciniya sakinləri ölkələrini qoruyarkən həyatlarını qurban verdilər. Araşdırma davam etdiyi müddətdə federal orqanlarla əlaqə saxlayırıq. Bütün ştat onların ailələri, yaxınları və qvardiya icması ilə birlikdə yas tutur. Qərbi Virciniya onların xidmətini və fədakarlığını heç vaxt unutmayacaq və biz bu dəhşətli hadisəyə görə tam məsuliyyət tələb edəcəyik».
Qeyd edək ki, 26 noyabrda günorta saatlarında Vaşinqtonun mərkəzində, Ağ Evə yaxın ərazidə atışma baş vermişdi. The Washington Post-un məlumatına görə, insident zamanı üç nəfər güllə yarası alıb — onların ikisi ABŞ Milli Qvardiyasının hərbçiləridir.
Hadisə yerinə cəlb olunan polis bir şübhəlini saxlayıb, ərazi isə araşdırma üçün tam bağlanıb. Hüquq-mühafizə orqanları atışmanın bütün detallarını araşdırır.
DenMedia.az

