Fevralın 22-nə keçən gecə Donald Trampın Mar-a-Laqo iqamətgahı yaxınlığında baş verən silahlı insident yeni detallarla gündəmdədir. The New York Postun məlumatına görə, ABŞ Məxfi Xidməti 21 yaşlı rəssam Ostin Taker Martini zərərsizləşdirib. Şimali Karolinadan olan gənc silahla mühafizə olunan əraziyə daxil olub.
Məlumata əsasən, Martin hadisədən bir gün əvvəl ailəsi tərəfindən itkin kimi axtarışa verilibmiş. O, ehtimal ki, ərazidən avtomobil çıxarkən mülkə daxil ola bilib. Üzərində ov tüfəngi və yanacaq kanistri olub. Hərəkətinin motivi hələ müəyyənləşdirilməyib, silahı Floridaya gedərkən alıb-almadığı da bilinmir.
“Silahı yerə qoymaq əmrinə tabe olmadı və təhlükəsizlik əməkdaşları atəş açdı.”
Hadisə yerli vaxtla gecə saat 01:30 radələrində baş verib. Məxfi Xidmət bildirib ki, insident zamanı Donald Tramp iqamətgahda olmayıb, o, Vaşinqtonda olub. Araşdırma davam edir.

