ABŞ Senatı çərşənbə günü Kevin Uorşun Federal Ehtiyat Sisteminin, yəni FED-in sədri vəzifəsinə namizədliyini təsdiqləyib. Bu barədə Amerika mediası məlumat yayıb.
Onun namizədliyinin lehinə 54 senator, əleyhinə isə 45 senator səs verib.
Aprelin sonunda Uorşun namizədliyi ABŞ Konqresinin yuxarı palatasının bank komitəsi tərəfindən dəstəklənmişdi.
FED sədrinin səlahiyyət müddəti dörd ildir.
Uorş 2006-2011-ci illərdə FED-in İdarə Heyətinin üzvü olub. O, idarə heyətinə 35 yaşında daxil olaraq həmin dövrdə tənzimləyici qurumun rəhbərliyində ən gənc üzv kimi tarixə düşmüşdü.
Həmin illərdə Uorş inflyasiyanın qarşısını almaq üçün tez-tez yüksək faiz dərəcələrinin tərəfdarı kimi çıxış edirdi. Lakin son dövrlərdə o, ABŞ Prezidenti Donald Trampın pul-kredit siyasətinin yumşaldılması ilə bağlı çağırışlarını dəstəkləyib.

