Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Ermənistanın Baş naziri Nikol Paşinyanı tənqid edib.
O, Sputnik radiosunun efirində bildirib ki, əgər Paşinyan özünü Avropa İttifaqı və Brüssel bürokratiyası ilə assosiasiya edirsə, deməli, vətəndaşların həyatının pisləşməsi ilə bağlı həmin yanaşmaları da bölüşür.
“Siz xatırlayırsınızmı, Brüssel bürokratiyasının əsas, indi anladığımız kimi, praktiki vəzifəsi onların ölkələrinin, birlik ölkələrinin vətəndaşlarının daha yaxşı deyil, daha pis yaşamasını təmin etməkdir? Əgər Nikol Vovayeviç Paşinyan özünü məhz Brüssel bürokratiyası ilə assosiasiya edirsə, yəqin ki, o, bu deyilən yanaşmaları da qəbul edir”, — deyə Zaxarova bildirib.

