ABŞ-ın Kaliforniya ştatındakı universitetlərdən birində keçirilən məzuniyyət mərasimində səhnəyə Fələstin bayrağı ilə çıxan tələbəyə diplomu verilməyib. Universitet rəhbərliyi bunu mərasim qaydaları ilə əsaslandıraraq tələbənin diplom almasına mane olub. Tələbə isə tribunada qısa müddət çaşqınlıq yaşayıb.
Tələbə diplomunu ala bilmək üçün əlindəki Fələstin bayrağını əvvəlcə məsul şəxslərə təhvil verməyə məcbur qalıb. Yalnız bundan sonra ona diplomu təqdim edilib.
Mobil telefon kameralarına əks olunan həmin anlar sosial şəbəkələrdə yayılıb və universitetlərdə ifadə azadlığı ilə mərasim qaydaları arasındakı müzakirələri yenidən gündəmə gətirib.

