ABŞ-da baş tutan rəsmi mərasim gözlənilməz detal ilə yadda qaldı. Böyük Britaniya Kralı III Çarlz və həyat yoldaşı Kraliça Kamillanın Arlington Milli Qəbiristanlığına səfəri zamanı protokol səhvi diqqətdən qaçmadı.
Mərasim top atəşi ilə başladı, ardınca Britaniya və ABŞ himnləri səsləndirildi. Hər şey qaydasında görünürdü. Lakin ən vacib anlardan biri gözlənilmədən kölgədə qaldı.
Mərasim zamanı amerikalı əsgər Britaniya bayrağını tərsinə tutmuşdu.
Bu detal ilk baxışda xırda texniki səhv kimi görünə bilər. Amma diplomatik mərasimlərdə belə “xırdalıqlar” simvolik məna daşıyır.
“Union Jack” bayrağının düzgün asılma qaydası isə olduqca konkret və dəyişməzdir. Bayraq dirəyinə yaxın hissədə eni daha geniş olan ağ diaqonal xətt qırmızı diaqonal xəttin üzərində yerləşməlidir. Məhz bu balans bayrağın düzgün istiqamətini müəyyən edir.

