ABŞ prezidenti Donald Trump İsrailin baş naziri Beniyamin Netanyahu ilə görüş zamanı HƏMAS razılaşmaya əməl etməz və tərksilah prosesinə başlamazsa, İsrail Müdafiə Qüvvələrinin (SAXAL) bu təşkilata qarşı yenidən hərbi əməliyyatlar aparmasına icazə verəcəyini vəd edib. Bu barədə Axios portalı mənbələrə istinadən məlumat yayıb.
“Tramp Netanyahunu əmin edib ki, əgər HƏMAS razılaşmanı yerinə yetirməsə və tərksilah prosesinə başlamasa, İsrailin HƏMAS-a qarşı hərbi addımlar atmasına imkan veriləcək”, — deyə məlumatda bildirilir.

