“Ermənistan” bloku seçkilərin nəticələrindən Konstitusiya Məhkəməsinə şikayət verməyə hazırlaşır. Bu barədə blokun ikinci nömrəsi İşxan Saqatelyan bildirib.
Onun TASS-a istinadən yayılan sözlərinə görə, birlik digər müxalif qüvvələrlə də məsləhətləşməyi planlaşdırır.
Saqatelyan deyib:
Seçkilərin nəticələrinə etiraz etmək üçün Konstitusiya Məhkəməsinə müraciət etməyə hazırlaşırıq. Əlbəttə, Konstitusiya Məhkəməsində qərarları kimin qəbul etdiyini anlayırıq, lakin bu, zəruri prosesdir.

