İranda ölkənin əvvəlki ali lideri Ayətullah Əli Xameneinin dəfn mərasimi ilə bağlı proqramın detalları müəyyənləşməyə başlayıb.
İran mediasının məlumatına görə, Tehran Bələdiyyəsinin sosial və mədəni məsələlər üzrə sədr müavini Məhəmməd Əmin Təvəkkülizadə Əli Xamenei üçün 3 şəhərdə vida mərasimlərinin planlaşdırıldığını bildirib.
Məlumata əsasən, mərasimlərin əvvəlcə Tehranda, daha sonra Qumda, son mərhələdə isə Məşhəddə keçirilməsi nəzərdə tutulur. Təvəkkülizadə qeyd edib ki, Tehrandakı mərasimin ən azı 24 saat davam edəcəyi gözlənilir.
Onun sözlərinə görə, daha sonra Xameneinin nəşi Qum şəhərinə, ardınca isə oxşar mərasim üçün Məşhədə aparılacaq. Proqramın detalları yaxın vaxtlarda açıqlanacaq.
Xameneinin son dəfn yerinin Məşhəddəki İmam Rza türbəsi olması planlaşdırılır.

