Belarus Prezidenti Aleksandr Lukaşenko Respublikanın Müstəqillik Günü ərəfəsində 32 nəfərin əfv olunması haqqında fərman imzalayıb.
Bu barədə Belarus prezidentinin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, əfv olunanlar arasında 20 qadın və 12 kişi var.
Onlardan 28 nəfəri ekstremist yönümlü cinayətlərə görə məhkum edilmişdi.
Məlumata görə, qərar məhkumlara və onların ailələrinə münasibətdə humanizm prinsipi əsasında qəbul olunub.
Prezidentin mətbuat xidməti qeyd edib ki, əfv olunan şəxslərin hamısı dövlət başçısına müraciət edərək bağışlanma istəyib, günahlarını etiraf edib və peşman olduqlarını bildiriblər.

