Belarus prezidenti Aleksandr Lukaşenko Yeni il ərəfəsində 22 nəfərin əfv edilməsi ilə bağlı sərəncam imzalayıb. Bu barədə dövlət başçısının mətbuat xidməti məlumat yayıb.
Rəsmi açıqlamada bildirilir ki, əfv olunanlardan 20 nəfər ekstremist xarakterli cinayətlərə görə məhkum edilib. Əfv siyahısına 15 qadın və 7 kişi daxildir, 11 nəfərin yetkinlik yaşına çatmayan uşaqları var.
Qeyd olunur ki, bu şəxslərin hamısı dövlət başçısına əfv olunmaq üçün müraciət edib, təqsirlərini etiraf ediblər və törətdikləri əməllərdən peşman olduqlarını bildiriblər.

