ABŞ Prezidenti Donald Tramp futbol matçını birlikdə izləmək üçün keçmiş Amerika liderlərini Ağ Evə dəvət edə biləcəyini istisna etməyib.
Bu barədə Tramp ABŞ-ın ikinci xanımı Uşa Vensə müsahibəsində bildirib.
Onun sözlərinə görə, mümkün qonaqlar arasında ABŞ-ın keçmiş prezidentləri Barak Obama, Co Bayden, həmçinin Buş ailəsinin nümayəndələri ola bilər.
Tramp belə bir görüşün media nümayəndələri tərəfindən böyük maraqla qarşılanacağını deyib.

