ABŞ-ın sabiq prezidenti Barak Obama 2016-cı ildə Ağ Evə səfər edən hazırkı lider Donald Tramp haqqında təəssüratlarını bölüşüb. Bu barədə The New Yorker yazır. Məlumata görə, Obama Trampla ənənəvi inaqurasiya öncəsi Oval kabinetdə görüşüb və seçilmiş prezidentin nə qədər məlumatsız və maraqsız olması onu təəccübləndirib. Obamanın sözlərinə görə, respublikaçı siyasətçi Şimali Koreya və Rusiyadan gələn mümkün milli təhlükəsizlik riskləri ilə bağlı müzakirələrə laqeyd yanaşıb. O əlavə edib ki, Tramp daha çox seçki mitinqlərində iştirak edən insanların sayı ilə öyünməyə üstünlük verirdi. Sabiq prezident vurğulayıb ki, artıq Ağ Evin hazırkı rəhbəri ilə bağlı heç bir illüziyası qalmayıb.
Barak Obama Trampla ilk görüşünü belə xatırladı
Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Diqqət çəkənlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

