ABŞ Prezidenti Donald Tramp Reuters agentliyinə müsahibəsində bildirib ki, o, NATO-ya qarşı “ikrah hissi” keçirir.
Onun sözlərinə görə, Vaşinqton “şübhəsiz ki, Alyansı tərk edə bilər”.
ABŞ lideri həmçinin vurğulayıb ki, ölkəsi İrandan kifayət qədər tez çıxa bilər. Bununla yanaşı, Tramp lazım gələrsə, “dəqiq zərbələrə” yenidən qayıdılacağını da istisna etməyib.

