ABŞ Prezidenti Donald Tramp sosial şəbəkədə paylaşım edərək sabiq prezident Barak Obamanın dövrünü dolayı yolla tənqid edib.
Məlumata görə, Tramp Vaşinqtondakı Vaşinqton abidəsi ilə Linkoln memorialı arasında yerləşən su hövzəsinin iki fotosunu yayıb. Fotolardan birində su yaşıl və yosunlu görünür, digərində isə təmiz və mavi rəngdədir.
Tramp yaşıl su olan görüntünü “Hüseyn Obama”, təmiz su olanını isə öz soyadı ilə qeyd edib.

