Ankarada keçirilən NATO-nun 36-cı Liderlər Zirvəsi davam etdiyi vaxt Rusiyadan diqqətçəkən açıqlama gəlib.
Kremlin sözçüsü Dmitri Peskov NATO nümayəndələrinin Rusiya ilə bağlı bəyanatlarını “qarşıdurmaya yönəlmiş dil” kimi qiymətləndirib.
Zirvə toplantısı Türkiyənin paytaxtı Ankarada keçirilir. Son olaraq ABŞ Prezidenti Donald Tramp da Ankara Esenboğa Hava Limanına enib. Trampı hava limanında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan rəsmi mərasimlə qarşılayıb.
Peskov bildirib ki, Moskva Ankarada keçirilən sammiti yaxından izləyir. Onun sözlərinə görə, NATO liderlərinin açıqlamaları kifayət qədər sərt və qarşıdurma xarakterlidir.
Kremlin sözçüsü vəziyyəti belə ifadə edib:
“Gözümüz-qulağımız Türkiyədədir.”

