ABŞ İranla münaqişənin nizamlanması istiqamətində danışıqlar aparmır. Bu barədə ABŞ Prezidenti Donald Tramp açıqlama verib. Onun sözlərini RİA Novosti yayıb.
“Xeyr, düşünürəm ki, biz onlarla danışıqlar aparmırıq”, – deyə Tramp müvafiq suala cavabında bildirib.
Ağ Ev rəhbəri əlavə edib ki, ABŞ ilə İran arasındakı münaqişə yaxın zamanda “bu və ya digər şəkildə” həll olunacaq.
Oktyabrın 21-də “Financial Times” qəzeti mənbələrə istinadən xəbər verib ki, İsrailin Baş naziri Benyamin Netanyahu ABŞ ilə məsləhətləşmələr zamanı İrana qarşı hərbi əməliyyatların bərpasında israr edir.

