Bəs qruplar üzrə hansı ixtisaslar gələcək üçün perspektiv vəd edir?
Müsahibimiz araşdırmaları və müşahidələrinə əsasən ixtisaslarla bağlı önəmli detalları bizimlə bölüşüb.
Onun sözlərinə görə, I qrupda dövrün tələbinə uyğun, ən populyar ixtisaslar informatika yönümlü, informasiya texnologiyaları ilə əlaqəli ixtisaslardır:
Həmsöhbətimiz I ixtisas qrupunun RK (riyaziyyat-kimya) alt qrupundakı qida mühəndisliyi ixtisasının da getdikcə populyar olacağını istisna
Müsahibimiz II qrupda maliyyə və iqtisadiyyat ixtisaslarının dəbdə olduğunu vurğulayıb:
"Maliyyə ixtisası istər dövlət sektoru olsun, istərsə də özəl sektor - fərqi yoxdur, bütün qurumlarda ehtiyac olan bir sahəyə aiddir. İqtisadiyyat da eynilə onun kimi populyarlığını qoruyan sahədir.
“Əlavə olaraq turizm ixtisası da iş imkanları baxımından perspektivli sahədir. Qarabaq bölgəsində turizmin inkişafı açıq-aydın hiss olunur. Ona görə də bu ixtisas gələcəkdə Azərbaycanda populyarlaşacaq. İndiyə qədər turizm ixtisası üzrə balların az olması iş imkanlarının məhdudluğu ilə ölçülürdü. Amma bundan sonra ehtimal olunur ki, bu sahədə inkişaf başlayacaq”.
“III ixtisas qrupunda ən çox tövsiyə olunan ixtisas hüquqşünaslıqdır. Daha sonra dövlət ictimai münasibətlər ixtisasını abituriyentlərə tövsiyə edərdim. Çünki bu ixtisasdan məzun olmuş hər hansı bir gənc dövlət qulluğu imtahanı verərək dövlətin bütün qurumlarında iş imkanı əldə edə bilər. Bu, elə bir ixtisasdır ki, dövlət qurumlarının bütün sahələrinə müraciət edə bilər. Bu baxımdan onu olduqca yüksək qiymətləndirirəm. Əsas olan budur ki, ixtisası dərin şəkildə mənimsəyəsən.
Abituriyentlərə vacib MƏSLƏHƏTLƏR: Bu ixtisasları seçsəniz, ...
Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Diqqət çəkənlər
Digər xəbərlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

