apr
2024
15:46
1 264

ŞƏBNƏM NOVRUZOVA: Hədəfim 700 balı toplamaqdır və bu elədə asan olmayacaq-FOTO/VİDEO

3 apr, 2024
15:46
1 264

ŞƏBNƏM NOVRUZOVA: Hədəfim 700 balı toplamaqdır və bu elədə asan olmayacaq-FOTO/VİDEO

Elm və bilik insan həyatını mənalandıran, onu zənginləşdirən işıqlı bir yoldur. Elm öyrənmək böyük zəhmət, qabiliyyət və zaman tələb edir. Elə bugünki müsahibimizdə hal-hazırda çəkdiyi zəhmətin sevincini yaşayan mart ayının 3-də keçirilmiş buraxılış imtahanında 300 bal toplamaqla ən yüksək nəticə göstərən abituriyentlərdən biri Abşeron -Xızı Regional Təhsil İdarəsinin tabeliyində olan Xırdalan şəhər 2 nömrəli tam orta məktəbin 11-ci sinif şagirdi Şəbnəm Novruzovadır. 

Onunla söhbətimiz olduqca maraqlı alındı. "Denaz.TV"-yə açıqlamasında sevincini bölüşən Şəbnəm Novruzova qazandığı bu uğura görə ailəsinin, müəllimlərinin və hal-hazırda təhsil aldığı Xırdalan şəhər 2 nömrəli tam orta məktəbin direktoru Gülnaz  Kərimovanın da böyük dəstəyi olduğunu qeyd edib.Qazandığı uğurun onun illərlə çəkdiyi zəhmətin bəhrəsi olduğunu qeyd edən Şəbnəm Novruzova qarşısına qoyduğu məqsəd üçün çalışdığını, hazırlaşdığı hər bir fənnə ayrıca vaxt bölgüsü etdiyini qeyd edib.

Ən çox sevdiyi fənnin riyaziyyat olduğunu vurğulayan Şəbnəm Bakı Ali Neft Məktəbində "Biznesin İdarə olunması" fakultəsində təhsil almaq istədiyini bildirib.

Şəbnəm Novruzova  onu da əlavə edib ki, gələcəkdə seçdiyi ixtisas üzrə yaxşı mütəxəssis olmaq arzusundadır. Biz də Şəbnəmi təbrik edir, gələcək həyatında uğurlar arzulayırıq.

Şahnaz Əliyeva
Den.az


Bizimlə əlaqə saxlayın

Çox oxunanlar