15 
mar
2024
20:33
1 386

Ceyranbatan məktəbində yarmarka – Şagirdlərin əl işləri sərgiləndi - FOTO/VİDEO

15 mar, 2024
20:33
1 386

Ceyranbatan məktəbində yarmarka – Şagirdlərin əl işləri sərgiləndi - FOTO/VİDEO

Abşeron-Xızı regional Təhsil İdarəsinin tabeliyində olan Ceyranbatan qəsəbə 1 nömrəli tam orta məktəbdə "Zəfər ətirli Novruz Festifalı" adlı yarmarka keçirilib. Yarmarkada peşə təmayüllü sinif şagirdlərinin müxtəlif əl işləri sərgilənib. 

Den.az xəbər verir ki, artıq bir neçə ildir Elm və Təhsil Nazirliyi ölkənin məhdud saylı təhsil ocaqlarında pilot layihə kimi peşə təmayüllü siniflər təşkil edib.Həmin siniflər müxtəlif peşəsənəti avadanlıqları ilə təmin edilib. Burada əsas məqsəd yuxarı sinif şagirdlərinin peşə yönümlü istiqamətlərini aşkarlamaq və elə orta məktəbdə ilkin biliklər aşılamaqdır.

Layihənin növbəti mərhələsi üçün təqdimatlar keçirilib, şagidrlərin indiyə kimi öyrəndikləri sınaqdan keçirilib.  

Yarmarkada Ceyranbatan Peşə təmayüllü siniflərin qrup rəhbəri Könül Adıgözəlova deyir ki, 2019-cu ildən 20 məktəb üzrə Peşə təmayüllü siniflərin fəliyyətə başlayıb. Nə xoşdur ki, məhz Ceyranbatan qəsəbə 1 nömrəli tam orta məktəbdə bu sırlara daxil olub.

Novruz abu havası ilə davam edən tədbirdə Abşeron-Xızı Regional Təhsil İdarəsnin müdiri İlhamə Abdullayeva, Ceyranbatan qəsəbə icra nümayəndəsi Hüseyn Axundov, məktəb direktorları və təhsil müəssisəsinin pedeqoji kollektivi iştirak edib.

Tədbirdə çıxış edən Abşeron-Xızı Regional Təhsil İdarəsnin müdiri İlhamə Abdullayeva hər kəsi xoş gün münasibəti ilə təbrik edib və belə bir tədbirin ərsəyə gəlməsində zəhməti keçən hər kəsə təşəkkür edib.İlhamə Abdullayeva bildirib ki, layihənin əsas hədəfləri şagirdlərin hərtərəfli formalaşmasını təmin etmək, uşaqlarda yaradıcılıq qabiliyyətini, eləcə də gələcək həyatlarında lazım olacaq sosial vərdişlərin inkişafını dəstəkləməkdir.

Qonaqlar şagirdlərin əl işləri ilə maraqlanıb, müşahidə və gördüklərindən məmnun qalıb, xoş təəssüratlarını bölüşüblər. Təmayüllü sinif şagirdlərinin təqdim etdiyi müxtəlif şirniyyatlar, dülgərlik, toxuculuq, tikmə və digər əl işləri maraqla qarşılanıb.  

Məktəb şagirdlərinin vətənpərvərlik ruhunda ifa etdiyi mahnı və şerlər, rəqslər iştirakçılar tərəfindən alqışlanıb. 

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar