Bu il sentyabrın 1-dən etibarən Rusiyanın Yamalo-Nenets Muxtar dairəsində Azərbaycan, Tacikistan və Özbəkistandan olan miqrantlar üçün yeni məhdudiyyətlər qüvvəyə minəcək.
Denmedia.az xəbər verir ki, bu barədə regionun qubernatoru Dmitriy Artyuxov məlumat yayıb.
Ətraflı videoda:
O bildirib ki, həmin tarixdən etibarən patent əsasında çalışan miqrantlara topdan və pərakəndə ticarət, nəqliyyat vasitələrinin və motosikletlərin təmiri sahələrində işləmək qadağan ediləcək.
Bununla belə, Dmitriy Artyuxov deyib ki, miqrantların inşaat sektorunda işləməsinə icazə veriləcək:
“Hazırda tikinti sektorunda əcnəbi işçi qüvvəsi olmadan fəaliyyət göstərmək demək olar ki, mümkün deyil”.
Qeyd edək ki, Rusiyada miqrantların təhsil, səhiyyə, mədəniyyət, idman, kənd təsərrüfatı, mehmanxana və ictimai iaşə kimi yerlərdə işləməsinə qadağa qoyulub.Globalinfo.az