ABŞ-ın ticarət naziri Howard Lutnick Davosda təşkil olunan şam yeməyi zamanı fitə basılıb. Bu barədə Financial Times (FT) şahidlərə istinadən yazır.
Nəşrin qeyd etdiyinə görə, insident Lutnikin “aqressiv şərhləri”ndən sonra başlayıb. Buna cavab olaraq qonaqlar naziri fitə basıb, bəzi iştirakçılar isə etiraz əlaməti olaraq şam yeməyini tərk ediblər.
FT xatırladır ki, bundan bir gün əvvəl — 20 yanvarda Lutnik qəzet üçün müəllif məqaləsi yazaraq Davosu xüsusi qeyd edib və “ona üzbəüz qarşı durmaq” niyyətində olduğunu bəyan edib.
“Biz buraya, Davosa, bir şeyi tam aydın demək üçün toplaşmışıq: Prezident Tramp ilə kapitalizmin - şəhərdə yeni şerifi var”, — deyə Lutnikin sözlərini qəzet sitat gətirib.

