İran vasitəsilə Azərbaycana təxliyə olunacaq şəxslərin daşınması üçün sərhədə avtobuslar cəlb edilib.
Denmedia.az xəbər verir ki, hazırda ilkin mərhələ üçün üç avtobus ərazidə gözləyir.
Həmin avtobuslar Astara sərhəd -keçid məntəqəsindən ölkə ərazisinə daxil olacaq şəxsləri paytaxta çatdıracaq. Təxliyə ödənişsiz şəkildə həyata keçiriləcək.
Qeyd edək ki, regiondakı vəziyyəti nəzərə alaraq, qarşıdakı günlərdə də təxliyələrin sayından asılı olaraq nəqliyyat vasitələrinin də sayı artırıla bilər.

