ABŞ Prezidenti Donald Tramp Alyaska, Havay və ölkənin Sakit okean sahillərində mümkün sunami təhlükəsi barədə xəbərdarlıq edib.
“Sakit okeanda baş verən güclü zəlzələ ilə əlaqədar bütün Havay sakinləri üçün sunami xəbərdarlığı qüvvədədir. Yaponiya da təhlükə altındadır”, – o bildirib.
Bundan əvvəl Havay adalarının paytaxtı Honolulu şəhərinin yerləşdiyi Oahu adasının hakimiyyət orqanları Kamçatkada baş verən güclü zəlzələdən sonra yerli sakinləri sahilyanı əraziləri boşaltmağa çağırıb.