ABŞ və İran Pakistanın vasitəçiliyi ilə yekun saziş layihəsini razılaşdırıb.
Bu barədə Al Arabiya məlumat yayıb.
Məlumata görə, razılaşma barədə yaxın saatlarda elan verilə bilər.
Saziş layihəsində dərhal atəşkəs, infrastruktur obyektlərinə hücumlardan imtina, Fars körfəzi və Hörmüz boğazında sərbəst gəmiçiliyin təmin olunması nəzərdə tutulur.
Bundan başqa, razılaşmaya əsasən, İranın atacağı addımlar müqabilində sanksiyaların mərhələli şəkildə ləğvi planlaşdırılır.
Tərəflərin mübahisəli məsələlərin müzakirəsinə yeddi gün ərzində başlaması gözlənilir.

