Peruda prezident seçkilərinin ikinci turu keçiriləcək.
TASS xəbər verir ki, ikinci turda mühafizəkar “Xalq Gücü” Partiyasının lideri Keyko Fuximori və solçu “Peru üçün birlikdə” Partiyasının namizədi Roberto Sançes mübarizə aparacaq.
12 apreldə keçirilən birinci turda Fuximori seçicilərin 17,192 faizinin səsini qazanıb. Sançesə isə seçicilərin 12,039 faizi səs verib.
İkinci tur öncəsi keçirilən seçki sorğuları namizədlər arasında kiçik fərq olduğunu göstərib.
Birinci tur zamanı logistika problemləri fonunda paytaxtdakı bəzi seçki məntəqələrində səsvermə bir sutka uzadılıb. Səslərin sayılması prosesi də may ayına qədər davam edib.

