ABŞ Konqresinin Nümayəndələr Palatasının üzvü Pat Fallon bildirib ki, Vaşinqton İran ərazisinə zərbələri bərpa edəcək. O, bunu Fox News telekanalının efirində deyib.
Efirdə ona ABŞ-ın İran ərazisinə zərbələri bərpa edib-etməməli olduğu barədə sual ünvanlanıb.
“Düşünürəm ki, bu, qaçılmaz şəkildə baş verəcək”, — deyə o bildirib.
İyunun 4-də ABŞ Nümayəndələr Palatası prezident Donald Trampın İranla münaqişədə hərbi səlahiyyətlərini məhdudlaşdıran qətnamə qəbul edib.
Bundan əvvəl Mehr agentliyi İslam İnqilabı Keşikçiləri Korpusuna istinadən məlumat yayıb ki, İran Silahlı Qüvvələri Sirik və Keşm adalarına hücuma cavab olaraq Yaxın Şərqdəki ABŞ hərbi bazalarına zərbələr endirib.
Öz növbəsində ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı bildirib ki, pilotsuz uçuş aparatlarının hücumları fonunda amerikalı hərbçilər Gorukdakı və Keşm adasındakı İran radiolokasiya stansiyalarına zərbələr endiriblər.

