İran və ABŞ nümayəndə heyətlərinin texniki məsələləri müzakirə edən qrupları iyulun 12-də danışıqların yeni mərhələsinə başlayacaqlar.
Bu barədə “Al Hadath” telekanalı məlumat yayıb.
Telekanalın mənbəsinin sözlərinə görə, ABŞ və İranın texniki qrupları arasında görüş Pakistanda keçiriləcək.
Danışıqlarda müzakirə olunacaq konkret məsələlər barədə hələlik əlavə məlumat verilməyib.

