Yanvarın 28-də Rusiya, İran və Azərbaycan tərəfi nəqliyyat sektoru üzrə görüş keçirəcək.
Den.az xəbər verir ki, bu barədə “Vestnik Kavkaza” nəşri yazıb.
Bildirilir ki, İranın yollar və şəhərsalma naziri Fərzan Sadiqi Rusiyanın nəqliyyat naziri Roman Starovoit ilə onlayn danışıqlar aparıb.
Tərəflər yanvarın 28-də Moskva, Bakı və Tehran arasında görüşün keçirilməsini müzakirə ediblər. Danışıqlar zamanı Rəşt-Astara dəmir yolunun tikintisi üzrə texniki və icra işlərinin müzakirəsi aparılıb.
Həmçinin 2025-ci il üçün birgə əməkdaşlığa dair yol xəritəsinin korreksiyası və Şərqi Xəzər dənizindən istifadə sahəsində əməkdaşlıq məsələləri müzakirə edilib.
Bundan əlavə, Rusiya, Azərbaycan və İran arasında nəqliyyat sektorunda qarşıdan gələn üçtərəfli görüşə də toxunulub. Üçtərəfli görüşün yanvarın 28-də baş tutacağı bildirilsə də, yer barədə dəqiqləşdirilmə aparılmayıb.
Günəş Fərəh
Den.az
Cənubi Qafqazda üçtərəfli görüş keçiriləcək

Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Diqqət çəkənlər
Digər xəbərlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.