ABŞ Prezidenti Donald Trampın İrana qarşı elan etdiyi “sarsıdıcı” iqtisadi əməliyyat Ağ Evin diqqəti Birləşmiş Ştatların özündəki böhrandan yayındırmaq cəhdidir.
Bu barədə İranın xarici işlər naziri Abbas Araqçı X sosial şəbəkəsində bildirib.
“İqtisadi D günü” adlandırılan addımın ABŞ-ın öz böhranından – görünməmiş borcdan və faiz xərclərinin sürətlə artmasından diqqəti yayındırmaq cəhdi olduğunu qeyd edən Araqçı bildirib:
“İqtisadi D günü adlandırılan bu addım ABŞ-ın öz böhranından – görünməmiş borcdan və faiz xərclərinin sürətlə artmasından diqqəti yayındırmaq cəhdidir”.
Nazirin sözlərinə görə, ABŞ administrasiyasının uğursuz siyasətini daha da gücləndirməsi yalnız yeni məğlubiyyətlərə və iranlıların düşmənçiliyinin daha da artmasına səbəb olacaq.
Araqçı vurğulayıb ki, Vaşinqtonun “iqtisadi terrorizmi” dünya iqtisadiyyatı və bütün dünyada ölkələrin suverenliyi üçün təhlükə yaradır.

