İranın xarici işlər naziri Abbas Araqçi bildirib ki, ölkənin siyasi sistemi ayrı-ayrı şəxslərdən asılı deyil və sabitliyini qoruyur.
Bu barədə o, Al Jazeera kanalına açıqlamasında danışıb.
“İran İslam Respublikası güclü siyasi quruluşa malikdir və burada formalaşmış siyasi, iqtisadi və sosial institutlar mövcuddur”, — deyə Abbas Araqçi bildirib.
Nazirin sözlərinə görə, bir şəxsin mövcudluğu və ya yoxluğu bu sistemə təsir göstərmir.
Araqçi vurğulayıb ki, yüksək vəzifəli şəxslərin öldürülməsinə baxmayaraq, İranın siyasi sistemi fəaliyyətini davam etdirir və möhkəm qalır.
O əlavə edib ki, ayrı-ayrı şəxslər təsirli rol oynasa da, əsas məsələ sistemin bütövlüyü və dayanıqlılığıdır.
Məlumata görə, Əli Laricaninin ölümü də İran rəhbərliyinə həlledici zərbə vurmayacaq.
Qeyd edək ki, İran Prezidenti Məsud Pezeşkian və İnqilab Keşikçiləri Korpusu Laricaninin ölümünə görə qisas alınacağını bəyan ediblər.

