İranın xarici işlər naziri Abbas Araqçi ABŞ-ın İrana qarşı zərbələri bərpa edəcəyi təqdirdə bunun Vaşinqton üçün bir çox “sürprizlərlə” nəticələnəcəyini bildirib.
Araqçi bu barədə X sosial şəbəkəsində paylaşım edib.
Çıxarılan dərslər və əldə olunan biliklər nəzərə alınarsa, müharibəyə qayıdış daha çox sürpriz gətirəcək,— deyə İran XİN rəhbəri yazıb.
O qeyd edib ki, ABŞ-ın İrana qarşı hərbi əməliyyatlara başlamasından aylar sonra ABŞ Konqresi “milyardlarla dollar dəyərində onlarla təyyarənin itirildiyini” etiraf edib.
Abbas Araqçi həmçinin bildirib ki, İran Silahlı Qüvvələrinin “çox reklam edilən F-35 qırıcısını ilk dəfə vurduğu” təsdiqlənib.

