ABŞ Prezidenti Donald Tramp İrana qarşı həyata keçiriləcək iqtisadi əməliyyatı “misli görünməmiş miqyasda təcrid” adlandırıb və müttəfiqləri Vaşinqtona qoşulmağa çağırıb.
Tramp qarşıdakı əməliyyatın “iqtisadi müharibə və misli görünməmiş miqyasda təcrid” olacağını bildirib. O, bunu İkinci Dünya müharibəsi zamanı müttəfiq qüvvələrin Normandiyaya desant çıxarmasına bənzədərək “iqtisadi D günü” adlandırıb.
ABŞ lideri İrana qarşı iqtisadi təzyiq kampaniyasına digər ölkələrin də qoşulmasının vacibliyini vurğulayıb.

