Xəbər verdiyimiz kimi ötən gün axşam saatlarında Abşeron rayonunun Nübar qəsəbəsində fərdi yaşayış evində güclü partlayış olub. 4-ü azyaşlı olmaqla 5 nəfər ağır yaralanaraq xəstəxanaya yerləşdirilib.
“Den.az” hadisə ilə bağlı bəzi şok məlumatlar əldə edib.
Belə ki, hadisə baş verən mənzildə yaralanan 4 azyaşlıdan ikisi başqa qadının övladıdır. Yaralanan kişi 1999-cu il təvəllüdlü Ərzimanov Mürvət Qüdrət oğlu uşaqların atası deyil. O, rayonların birindən yenicə gəlib, həmin uşaqlarının birinin anası ilə yaşayan sevgilisi imiş .
İki azyaşlı 2017-ci il təvəllüdlü Abumislimova Gözəl Rabil qızı və 2022-ci il təvəllüdlü Abumislimov Yaqub Bəhmən oğlu başqa qadının, 2009-cu il təvəllüdlü Şərifov Nurlan Yalçın oğlu və 2014-cü il təvəllüdlü Şərifov Ömər Yalçın oğlu isə tam başqa qadın övladlarıdır. Həmin xanımlar yüngün həyət tərzi sürdüyü və əsasən gecə saatlarında yaşadıqları evi tərk etdikləri məlum olub.
Hadisəyə gəlincə qadınlar evi tərk edən zaman uşaqları Ərzimanov Mürvət Qüdrət oğluna tapşırıblar. Mətbəxtdə ehtiyatsızlıq edən azyaşların qazı açıq qoyduqları və bu səbəbdən partlayışın meydana gəldiyi ehtimal edilir.
Faktla bağlı araşdırma aparılır...
Abşeronda partlayışda xəsarət alan azyaşlılarla bağlı ŞOK FAKTLAR: Sən demə anası…-FOTO/VİDEO

Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Diqqət çəkənlər
Digər xəbərlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.