24 
avq
2023
10:30
240

Bakıda faciəvi şəkildə vəfat edən bacı-qardaşın görüntüsü - FOTO

24 avq, 2023
10:30
240

Bakıda faciəvi şəkildə vəfat edən bacı-qardaşın görüntüsü - FOTO

Xəbər verdiyimiz kimi, Bakının Xəzər rayonu, Buzovna qəsəbəsində fərdi yaşayış evində baş verən partlayışda yanıq xəsarətləri alan bacı-qardaş vəfat edib.
 
Den.az xəbər verir ki, hadisə nəticəsində müxtəlif dərəcəli yanıq xəsarətləri alan 1998-ci il təvəllüdlü Quliyeva Fərəh Əbdül qızı və 1997-ci təvəllüdlü Quliyev Toğrul Əbdül oğlu xəstəxanada dünyasını dəyişib.
 
Yaxınlarının məlumatına görə, hadisə zamanı onların nənə və ataları həyətdə, anaları evin ikinci mərtəbəsində, bacı-qardaş isə evin birinci mərtəbəsində olublar. Partlayış evin birinci mərtəbəsində qeydə alınıb. Bu səbəbdən yalnız iki nəfər – bacı-qardaş ağır yanıq xəsarətləri alıblar. Ailənin digər üzvləri isə xəsarət almayıblar.
 
Hadisə zamanı vəfat edən bacı-qardaşın görüntülərini təqdim edirik:(Metbuat.az)
 

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar