Sabirabad rayonunda faciəvi hadisə baş verib.
Den.az Teleqrafa-a istinadən xəbər verir ki, dünən saat 16 radələrində rayonun Qaragüney kəndinin ərazisində yerləşən “AzOil” yanacaq doldurma məntəqəsinin müdirini elektrik cərəyanı vurub.
Belə ki, Hacıqabul rayon sakini 1991-ci il təvəllüdlü Rusif Barat oğlu Qarayev müdir işlədiyi məntəqədə quyuda olan yağış sularını təmizləmək istəyərkən elektrik cərəyanı vurması nəticəsində ölüb.
Faktla bağlı araşdırmalar aparılır.