18 
okt
2023
23:21
191

Oğuz sakinləri Şəkidə yol qəzasına düşüb, xəsarət alan var

18 okt, 2023
23:21
191

Oğuz sakinləri Şəkidə yol qəzasına düşüb, xəsarət alan var

Şəkidə yol-nəqliyyat hadisəsi baş verib.

Den.az APA-a istinadən xəbər verir ki,hadisə Orta Zəyzid kəndində baş verib.

Oğuz rayon sakini, 1973-cü il təvəllüdlü Asif Akif oğlu Həsənov idarə etdiyi “Mercedes” markalı minik avtomobili ilə Oğuz rayonu istiqamətində hərəkətdə olarkən idarəetməni itirərək maşını yolun kənarındakı çuxura düşüb.

Qəza zamanı avtomobildə olan sərnişin Oğuz rayon sakini 66 yaşlı Hüseyn Məhəmməd oğlu Hacıyev aldığı müxtəlif dərəcəli bədən xəsarəti ilə Şəki Rayon Mərkəzi Xəstəxanasına (RMX) yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar