Abşeron rayonunda şəhid ailəsinə ağır itki üz verib.
Denmedia.az xəbər verir ki, Masazır qəsəbəsinin Qurtuluş-93 yaşayış massivində yaşayan şəhid atası Fərmail Ələkbərov uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib.
Mərhum, Vətən uğrunda canından keçmiş şəhid Ələkbərov Röyalın atası idi. Onun ölümü ailə üzvləri, yaxınları, eləcə də bütövlükdə şəhid ailələrini yaxından tanıyan ictimaiyyət arasında dərin kədərlə qarşılanıb.
Bu gün keçirilən dəfn mərasimində mərhumun ailə üzvləri ilə yanaşı, Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev, yerli ictimaiyyət nümayəndələri, şəhid ailələri və qəsəbə sakinləri iştirak ediblər. Mərasimdə Fərmail Ələkbərovun ailəsinə başsağlığı verilib, şəhid ailələrinə göstərilən ehtiram bir daha vurğulanıb.
Qeyd edək ki, Fərmail Ələkbərov uzun müddət davam edən xəstəliklə mübarizə aparırdı. Onun vəfatı şəhidlərin xatirəsini və ailələrini daim diqqətdə saxlayan Abşeron ictimaiyyəti üçün böyük itkidir.
Allah rəhmət eləsin.





Nizami Rəsulov

