İllər ötüb, qərinələr dolaşsa da, şəhidlər heç vaxt unudulmur, həmişə minnətdarlıq duyğuları ilə yada salınır, xatirələrinə dərin ehtiram bəslənilir. Azadlığı, müstəqilliyi, babalardan miras qalan torpağı uğrunda oğlunu, qızını şəhid verən xalq xoşbəxt xalqdır. Bu mənada Azərbaycan xalqının qürur hissi keçirməyə, başını uca tutmağa tam mənəvi haqqı var. Bu gün ölkənin hər yerində olduğu kimi Abşeron rayonunda da şəhidlərin əziz xatirəsinə dərin ehtiram bəslənildiyinin şahidi olmaq mümkündür.Bütün bunlar insanların şəhidlərin xatirəsinə ehtiramlarının, həssas münasibətlərinin ifadəsidir.
19 sentyabr 2023-cü il tarixində həyata keçirilmiş uğurlu lokal antiterror tədbirləri zamanı şəhid olan Azərbaycan Silahlı Qüvvələrinin giziri Arzullayev Murad Təvəkgül oğlunun mövludu qeyd edilib. Abşeron rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev və şəhidin ailə üzvləri 2-ci Fəxri xiyabanda şəhidin məzarını ziyarət ediblər. Vətən uğrunda canlarından keçən qəhrəmanların ruhuna dualar oxunub.
Xırdalan şəhərində keçirilən mərasimdə əvvəlcə Dövlət Himni səsləndirilib. Torpaqlarımızın azadlığı uğrunda canlarından keçən şəhidlərin ruhu 1 dəqiqəlik sükutla yadd edilib.
Vətən, xalq sevgisi idi onlara cəsarət verən, sıralarını möhkəm edən. İndi şəhidlərin ruhları bir mahnıda olduğu kimi Vətən göylərində azad gəzirlər. Şəhid ailələri və qazilərin iştirakı ilə təşkil edilən tədbirdə bildirildi ki, bu gün şəhidlərin arzularının bir çoxu həyata keçirilib. Azərbaycan suverenliyini və ərazi bütövlüyünü tam təmin edib.
Abşeron rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev çıxışında bildirdi ki, ölkəmizdə, o cümlədən Abşeron rayonunda şəhid ailələrinə və qazilərə böyük diqqət və qayğı göstərilir. Onların xatirəsinin əbədiləşdirilməsi, unudulmaması və daim yaşadılması istiqamətində müxtəlif tədbirlər həyata keçirilir. Şəhid ailələri , bizim ailə üzvlərimizdir deyən Abdin Fərzəliyev vurğuladı ki, bütün yüksəkliklərdən ucada dayanan bir zirvə var: Şəhidlik zirvəsi. Bu zirvəyə qalxmaq hər kəsə nəsib olmur. Yalnız müqəddəs amallar uğrunda çarpışan, qorxu nə olduğunu bilməyən, Vətən və xalq yolunda canını fəda etməkdən çəkinməyən cəsarətli, ləyaqətli insanlar yüksələ bilərlər bu uca zirvəyə. Bu yüksəkliyə ucalan insanlar ölmürlər, əksinə ölümləri ilə bir əbədilik qazanırlar.
Daha sonra şəhid Murad Arzullayevin atası Təvəkkül Arzullayev, Abşeron rayon Ağsaqqallar şurasının sədri , şəhid atası Nizami Zalov və digərləri çıxış edərək, dövlətimiz tərəfindən onlara göstərilən diqqət və qayğıdan ətraflı bəhs ediblər. Məhz buna görə, ölkə Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıq ifadə olunub.
Çıxışlar zamanı duyğulu anlar yaşanıb.
Abşeron rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev şəhid ailələri və qazilərlə görüşüb, onların qayğıları ilə yaxından maraqlanıb.
Məlumat üçün bildirək ki, Azərbaycan Silahlı Qüvvələrinin giziri olan Arzullayev Murad Təvəkgül oğlu Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən 19 sentyabr 2023-cü il tarixində həyata keçirilmiş uğurlu lokal antiterror tədbirləri zamanı şəhid olub. Bakı şəhəri 2-ci Fəxri Xiyabanında dəfn edilib.
Döyüşlərdə qəhrəmanlıqlar da tarixləşdi, qəhrəmanlar da: ABŞERONDA ŞƏHİD MURAD ARZULLAYEVİN MÖVLUDU QEYD EDİLİB-FOTO/VİDEO
Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Digər xəbərlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.