İsmayıllı rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
DenMedia.az report-a istinadən xəbər verir ki, 7 fevral gecə saatlarında Opel markalı avtomobili idarə edən Zaur Bilalov Xanəgah kəndi ərazisində yolu keçən 36 yaşlı Cavad Xəlilovu vurub.
Ağır xəsarətlər alan Cavad Xəlilov xəstəxanaya çatdırılsa da, həkimlərin səylərinə baxmayaraq həyatını itirib.
Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.

