"Azərbaycan Dəmir Yolları" (ADY) QSC-yə məxsus qatar 11 fevral tarixində saat 19:07-də Abşeron dairəvi marşrutunun Pirşağı-Sumqayıt hissəsində hərəkətdə olarkən yola qəfil insan çıxıb.
Bu barədə
"Denmedia.az"ın sorğusuna cavab olaraq QSC-dən məlumat verilib.
Bildirilib ki, maşinist tərəfindən təcili tormozlama aparılsa da, məsafə az olduğundan hadisə qaçılmaz olub:
"Əməkdaşlar tərəfindən əraziyə dərhal təcili tibbi yardım briqadası çağırılıb. Hadisə ilə əlaqədar qatarın hərəkətində yubanma qeydə alınıb.
Hazırda həmin şəxsin kimliyi müəyyənləşdirilir.
ADY bir daha insanlara çağırış edərək onları dəmir yolu xətlərini yalnız müəyyən edilmiş yer və piyada keçidlərindən keçməyə, həyatlarını riskə atacaq hərəkətlərdən çəkinməyə çağırır".
******
Məlumat üçün bildirək ki, Bakıdan Sumqayıta hərəkət edən sürət qatarı Novxanı ərazisindən keçən hissədə piyadanı vurub.
Hadisə nəticəsində təqrubən 50 yaşlı kişi qatarın altında qalaraq ölüb.
Hadisədən dərhal sonra qatarın hərəkəti dayandırılıb. Hazırda sərnişinlərlə dolu olan sürət qatarı hadisə yerində gözləyir.
Əraziyə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.
Nizami Rəsulov
Denmedia.az