Mərkəzi Afrikada ov zamanı beş fil amerikalı milyoneri öldürüb. Bu barədə Daily Mail məlumat yayıb.
Məlumata görə, Kaliforniyadan olan 75 yaşlı üzüm bağının sahibi Erni Dosio Qabon meşələrində kiçik antilop ovlayarkən fillərin hücumuna məruz qalıb.
Bildirilir ki, heyvanlar sanki pusqu quraraq hücuma keçib.
Jurnalistlərin məlumatına görə, Dosio həvəskar ovçu olub və ABŞ-dakı evində ekzotik heyvan başlarından ibarət kolleksiya saxlayıb. Hadisə günü onu peşəkar bələdçi müşayiət edib və o, sarı xallı duker (boşbuynuzlular fəsiləsinə aid heyvan cinsi) ovlamaq üçün təxminən 30 min funt sterlinq ödəyib.

