Sumqayıtda 3 avtomobilin toqquşması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.
Denmedia.az-ın məlumatına görə, hadisə şəhərin Babək və Niyazi küçəsinin kəsişməsində qeydə alınıb.
Opel və 2 Mercedes markalı avtomobillər toqquşub.
Hadisə yerinə Sumqayıt şəhər Polis İdarəsinin PPX və DYPŞ-nin əməkdaşları, eləcədə təcili tibbi yardım cəlb olunub.
Qəzanın gücündən avtomobillər parçalara ayrılıb.
Ancaq xoşbəxtlikdən ölən olmayıb.
Faktla bağlı araşdırma aparılır.
Ellada Rəsul
Denmedia.az

