Azərbaycanın Daşkəsən rayonunda mal-qara otaran kişi ildırım vurması nəticəsində xəsarət alıb.
DenMedia.az apa-ya istinadən xəbər verir ki, Kəlbəcər rayon sakini, 30 yaşlı B. Kamalov Çovdar kəndində at belində mal-qara otararkən ildırım vurması nəticəsində xəsarət alıb. Hadisə zamanı o, müxtəlif dərəcəli xəsarətlər alıb. Həmçinin bir baş iribuynuzlu heyvan tələf olub.
Zərərçəkən xəstəxanaya çatdırılıb, vəziyyəti qənaətbəxş qiymətləndirilir.
Hazırda respublikanın qərb bölgəsində qeyri-sabit hava şəraiti davam edir.

