Cənubi Afrika Respublikasında (CAR) ildırım vurması nəticəsində 100-dən çox insan xəsarət alıb.
DenMedia.az xəbər verir ki, CAR-da keçirilən illik Di Trupa festivalı zamanı ildırım tədbir iştirakçılarına dəyib. Hadisə nəticəsində bir sıra şəxslər həyatla uyğun gəlməyən ağır xəsarətlər alıb, əksəriyyət isə yüngül yanıq xəsarətləri ilə canını qurtarıb. Tibbi yardım üçün təxminən 150 nəfər xəstəxanalara müraciət edib.
Bildirilir ki, iki nəfər həyat əlamətləri olmadan xəstəxanaya çatdırılıb, 49 nəfər hospitalizasiya olunub, onlardan 13-nün vəziyyəti kritikdir və onlar Qautenq vilayətinə köçürülüblər.
CAR hökuməti baş verən hadisə ilə bağlı zərərçəkənlərə başsağlığı verib, həlak olanların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı ifadə edib.

