Qətərin Ras Laffan Sənaye Bölgəsində yerləşən zavodlardan birində partlayış baş verib.
Hadisə nəticəsində 54 nəfər yaralanıb. Məlumata görə, partlayışdan sonra qaz təchizatı obyektində yanğın başlayıb.
Rəsmi şəxslər yanğının söndürüldüyünü açıqlayıblar. Hazırda itkin düşdüyü bildirilən 18 nəfərin axtarışı davam etdirilir.

Hadisə yerində axtarış-xilasetmə işləri aparılır. Partlayışın səbəbinin müəyyənləşdirilməsi üçün araşdırma başladılıb.

